Mədəniyyət
Aparıcı: "İnsan həqiqi sevgini tapanda qarşısındakına görə dəyişmir" - Video
"Qapqara" verilişinin yeni buraxılışının qonağı aparıcı, şairə Nurlana Cəfərova olub. Teleaparıcı 20 ilə yaxın fəaliyyəti ərzində dəyişməyən əsas xüsusiyyətinin məsuliyyət hissi olduğunu vurğulayıb: "Əgər hələ də bu sahədə çalışıramsa, qazandığım təcrübənin özü başqa bir məsuliyyətdir. Mənim kimliyimi təşkil edən müxtəlif obrazlar - redaktor, aparıcı, şairə - hamısı əslidir və heç biri ilə məhdudlaşmır".
Nurlana Cəfərova münasibətlərdə sevgi və dəyişmək mövzusuna toxunaraq insanın özünəməxsusluğunu qorumalı olduğunu qeyd edib: "Məncə, insan həqiqi sevgini tapanda qarşısındakına görə dəyişmir, ən yaxşı halda ona uyğunlaşır. Əgər bir insanla ömrünün axırına qədər eyni dam altında qocalmağı gözə almışansa, sən ona, o da sənə uyğunlaşır. Əgər kimsə kimisə əzib özünə uyğunlaşdırmaq istəyirsə, bu, eqoizmdir". Xarakterindəki qətiyyətdən danışan aparıcı iş mühitindəki mövqeyini də izah edib: "Mən həyatda çox az şeyə peşman olmuşam. İş prosesində, xüsusilə də müəyyən bir vəzifə və ya səlahiyyət sahibisənsə, sərtlik olmalıdır. Çünki hamı ilə həddindən artıq nəzakətlə davrananda da başqa fəsadlar olur".

Mənbə
oxu.az