İdman
İkardi "Qalatasaray"a qayıdır? - Dursun Özbekdən açıqlama
"Qalatasaray"ın prezidenti Dursun Özbek Mauro İkardinin kluba qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb. "Onun qalması üçün təklif etmişdim. Gözləntiləri daha yüksək idi. Bu, yalnız maddi məsələ deyildi. İkardi bir ikonadır, bir nəslin "Qalatasaray"lı olmasına səbəb olub. Əsas çətinlik maaşından daha çox, Osimhen kimi hücumçumuzun olmasıdır. İkisini eyni vaxtda necə oynadacaqsan? Əsas problem bu idi. Oynamaq zəmanəti və s. kimi məsələlər yox idi. Hazırda ondan vida mərasimi ilə bağlı cavab gözləyirəm. Gəlsə, onun üçün vida mərasimi təşkil edəcəyik", - deyə o bildirib. Klub prezidenti futbolçuların karyerasında müəyyən dövr olduğunu da vurğulayıb: "Futbol belədir. Müəyyən müddəti var. Futbolçular yaşlanır, performansları aşağı düşür. Onlar ən yüksək səviyyədə qalmalıdırlar. Bizim azarkeşləri tanıyırsınız, iki oyunda performans aşağı düşəndə məsələ tamam başqa səviyyəyə keçir. Musleranı fitə basdılar..."
Mənbə
oxu.az