Dünya
Husilər Yəmən rəhbərinin iqamətgahını ələ keçirdiklərini açıqlayıblar
"Ənsar Allah" (husilər) hərəkatının iştirakçıları Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərində Əl-Məvasit rayonunu, həmçinin ölkənin Rəhbərlik Şurasının sədri Rəşad əl-Əliminin iqamətgahını ələ keçirdiklərini bildiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Yemen Press Agency" məlumat yayıb. Oktyabrın 5-də Rəşad əl-Əlimi husilərin nəzarətində olan Qırmızı dəniz sahillərinin azad edilməsi əməliyyatına başlanıldığını açıqlayıb. Beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin qoşunları paytaxt Sənaya da nəzarəti qaytarmaq niyyətindədir. Səudiyyə Ərəbistanı oktyabrın 5-də səhər saatlarında husilərin qüvvələrinin yerləşdiyi ərazilərə kütləvi zərbələr endirib. "Ənsar Allah" hərəkatının iştirakçıları buna cavab olaraq aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından uzaq durmağa çağırıblar. Onlar bildiriblər ki, hava məkanı təhlükəsiz deyil və "hərbi əməliyyatlar meydanına" çevriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər