Cəmiyyət

Həsən Əliyev küçəsində yol təmiri tələbələri çətin vəziyyətdə qoyub - VİDEO

16 Sep 2026, 14:15 8 baxış
Həsən Əliyev küçəsində yol təmiri tələbələri çətin vəziyyətdə qoyub - VİDEO
Bakının Həsən Əliyev küçəsində uzun müddətdir aparılan yol təmiri işləri tədris ilinin başlaması ilə tələbələrin gediş-gəlişində ciddi çətinliklər yaradıb. Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin ikinci korpusunun qarşısında yol və səkinin vəziyyəti tələbələrin hərəkətini çətinləşdirir. Universitetə gedib-gələn tələbələr yolun kənarında salınmış dar cığırdan istifadə etmək məcburiyyətində qalırlar. Ərazidə toz-torpağın çox olması, eləcə də piyadaların hərəkəti üçün imkanların məhdudluğu tələbələrin gündəlik gediş-gəlişinə ciddi maneə yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər