Cəmiyyət
Bakıda qəza törədən maşın yandı - Video
Gecə saatlarında Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Unikal.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Abdulvahab Salamzadə küçəsində qeydə alınıb.
Belə ki, qəza törədən "Mersedes" markalı avtomobil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb.
Mənbə
axar.az