İdman
Azərbaycan futzal millisi dünya çempionatına doğru: Seçmə oyunların təqvimi məlum oldu
Futzal üzrə DÇ-2028-in seçmə mərhələsinin əsas raundunda mübarizə aparacaq Azərbaycan milli komandasının yer aldığı 12-ci qrupun oyunlarının təqvimi açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Bildirilib ki, ilk oyunda oktyabrın 16-da Çexiyanın qonağı olacaq Azərbaycan millisi son matçını da səfərdə keçirəcək. 16 oktyabr Çexiya - Azərbaycan 5 noyabr Azərbaycan - Çexiya 8 noyabr Azərbaycan - Latviya 27 fevral Latviya - Azərbaycan.
Mənbə
oxu.az