İdman

Estoniya klubunun portuqaliyalı futbolçusu 26 yaşında öldü - FOTO

21 Jul 2026, 18:32 1 baxış
Estoniya klubunun portuqaliyalı futbolçusu 26 yaşında öldü - FOTO
Estoniyanın yüksək liqasında çıxış edən "Xaryu" klubunun futbolçusu Usalifa İndi Portuqaliyanın Armil bölgəsində qaçış zamanı dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçinin qaçış zamanı halı pisləşib və yola yıxılıb. 26 yaşlı futbolçu hadisə yerindəcə keçinib. Gənc oyunçu 2023-cü ilin fevral ayından "Xaryu"nun heyətində çıxış edirdi. Bu müddət ərzində o, 45 oyunda meydana çıxaraq rəqib qapısından bir top keçirib. "Portu" klubunun yetirməsi olan futbolçu, həmçinin Portuqaliyanın müxtəlif komandalarında da çıxış edib.
Estoniya klubunun portuqaliyalı futbolçusu 26 yaşında öldü - FOTO Estoniya klubunun portuqaliyalı futbolçusu 26 yaşında öldü - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər