İdman

"Neftçi"nin baş məşqçisi: "Məhəbbətdən nifrətə bir addım yol var"

21 Jul 2026, 15:43 1 baxış
"Neftçi"nin baş məşqçisi: "Məhəbbətdən nifrətə bir addım yol var"
"Transfer etdiyimiz oyunçulardan razıyam". Oxu.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində "Dinamo" (Minsk) ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. O bildirib ki, komandanın bu il uğur qazanması üçün əllərindən gələni edəcəklər: "Yeni transferlərlə bağlı iş gedir. Əlimizdən gələni edəcəyik ki, bu il uğur qazanaq. Əslində, üzərimdə təzyiq hiss etmirəm. Bu, normal məsələdir. Azarkeşlərin səndən gözləntisi böyükdürsə, təzyiq edəcəklər. Buna həm mən, həm də futbolçular hazır olmalıyıq. Hazır olanda təzyiqi hiss etmirsən. Hər şey yaxşı olanda hamı səni sevir. Yaxşı olmayanda sənə nifrət edirlər. Məhəbbətdən nifrətə bir addım yol var. Necə deyərlər, yol gedənindir". Qeyd edək ki, "Neftçi" - "Dinamo" (Minsk) qarşılaşması iyulun 22-si saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər