İdman

DÇ-2026-nın finalında qırmızı vərəqə alan Paredeslə bağlı gözlənilməz qərar - VİDEO

21 Jul 2026, 14:20 23 baxış
DÇ-2026-nın finalında qırmızı vərəqə alan Paredeslə bağlı gözlənilməz qərar - VİDEO
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Argentina millisinin futbolçusu Leandro Paredesin DÇ-2026-nın İspaniya ilə final matçındakı davaya görə aldığı qırmızı vərəqəni ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə "BBC Sport"un jurnalisti Deyl Conson sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilir ki, oyunçuya qarşı heç bir intizam tədbiri görülməyəcək. Paredes qırmızı vərəqəni final fitindən sonra almışdı. Xatırladaq ki, Argentina və İspaniya arasındakı həlledici görüşdə final fitindən sonra meydanda kütləvi dava yaşanıb. Argentinalı müdafiəçi Nauel Molina yanından keçən İspaniya millisinin kapitanı Rodrinin sinəsinə zərbə endirib. Onların arasındakı münaqişəyə digər futbolçular, o cümlədən argentinalı oyunçu Leandro Paredes də qoşulub. Yarımmüdafiəçi əvvəlcə ispanların müdafiəçisi Erik Qarsiyanın boynundan aqressiv şəkildə yapışıb, daha sonra isə komanda yoldaşını müdafiə etməyə çalışan Qaviyə hücum edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər