İdman
Növbəti dünya çempionatı ilə bağlı AĞLASIĞMAZ DƏYİŞİKLİKLƏR - FOTO
FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatı ilə bağlı qərar verib. Oxu.Az xəbər verir ki, tarixdə ilk dəfə dünya çempionatı 6 ölkədə keçiriləcək. Mərakeş, Portuqaliya və İspaniya bu mundialın əsas ev sahibləri olacaqlar. Dünya çempionatının 100 illiyi ilə əlaqədar açılış oyunları Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Oyunlarda 2030-cu il iyunun 8-də başlayacaq və 44 gün davam edəcək. Mundiala iyulun 21-də yekun vurulacaq. Əsas dəyişikliklərdən biri odur ki, bu turnirdə 64 komanda iştirak edəcək. Mundialın keçirildiyi altı ölkənin milliləri turnirə birbaşa vəsiqə qazanacaqlar.
Mənbə
oxu.az