İdman

UEFA Çempionlar Liqası: "Sabah" növbəti sınaq qarşısında

21 Jul 2026, 08:00 4 baxış
UEFA Çempionlar Liqası: "Sabah" növbəti sınaq qarşısında
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanda Finlandiyanın "KuPS komandası ilə qarşılaşır. Oxu.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qeyd edək ki, "Sabah" ilk təsnifat mərhələsində Uelsin TNS-i iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib. "KuPS" isə Makedoniyanın "Vardar" klubunu üstələyib. İlk oyunda səfərdə 2:0 hesablı qələbəyə sevinən finlandiyalılar ikinci qarşılaşmada doğma meydanda 2:3 hesabı ilə məğlub olub. Xatırladaq ki, "Sabah" və "KuPS" arasında cavab qarşılaşması iyulun 28-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər