İdman

Argentina ulduzu ilə bağlı inanılmaz fakt finaldan sonra məlum oldu

21 Jul 2026, 01:36 4 baxış
Argentina ulduzu ilə bağlı inanılmaz fakt finaldan sonra məlum oldu
Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatında qabırğası sınmış halda çıxış edib. Oxu.Az xəbər verir ki, bu barədə "Bolavip" nəşri məlumat yayıb. Məhz bu zədə futbolçuya İspaniya millisinə qarşı keçirilən dünya çempionatının final matçında meydana ilk dəqiqələrdən çıxmağa mane olub. Bildirilir ki, Paredesi bir həftədən çox müddət ərzində narahat edən zədə onun nəfəs almasını çətinləşdirib. Argentina millisinin məşqçi və tibbi heyəti futbolçu ilə razılaşaraq zədə barədə məlumatı gizlədib ki, rəqiblər bundan istifadə edib ona qarşı daha sərt oyun nümayiş etdirməsinlər. Xatırladaq ki, dünya çempionatının finalında İspaniya millisi Argentinanı 1:0 hesabı ilə məğlub edib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, əlavə vaxtın ikinci hissəsində isə "Barselona"nın hücumçusu Ferran Torres yeganə qolu vurub. Argentina millisi 93-cü dəqiqədən etibarən azlıqda qalıb. Enzo Fernandes top uğrunda mübarizə zamanı Pau Kubarsiyə etdiyi kobud müdaxiləyə görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bundan əvvəl Fernandes 82-ci dəqiqədə hakimdən faul tələb edərək ona etiraz etdiyi üçün ilk sarı vərəqəsini almışdı. Həmçinin qeyd olunur ki, Leandro Paredes dünya çempionatının finalından sonra İspaniya futbolçuları ilə baş verən qarşıdurmada da iştirak edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər