İdman
Madriddə çempionluq paradı keçirilir - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının qalibi olan İspaniya millisinin şərəfinə paytaxt Madriddə möhtəşəm çempionluq paradı keçirilir. Bu münasibətlə yüz minlərlə insan şəhər küçələrinə axışıb. Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, futbolçuları daşıyan avtobus İspaniyanın Baş naziri Pedro Sançesin rəsmi iqamətgahı olan Monkloa sarayından hərəkətə başlayaraq Madridin mərkəzi küçələri ilə irəliləyib.
Çempionluq tədbirlərinin əsas hissəsinin avtobusun şəhər turundan sonra çatacağı Sibeles meydanında keçirilməsi planlaşdırılır. Məlumata görə, milli komandanı qarşılamaq üçün bir milyondan çox azarkeşin Madrid küçələrinə çıxacağı gözlənilir. İsti havaya baxmayaraq, azarkeşlər günorta saatlarından etibarən Sibeles meydanında toplaşmağa başlayıblar. İspaniya millisi yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 16:30) paytaxta enib. Futbolçular əvvəlcə qısa müddətlik hotelə baş çəkiblər. Daha sonra onlar kral iqamətgahı olan Sarsuela sarayına yollanaraq İspaniya Kralı VI Felipe, Kraliça Letisiya, həmçinin şahzadələr Leonor və Sofiya ilə görüşüblər. Bundan sonra komanda Baş nazir Pedro Sançesin iqamətgahına yollanıb. Xatırladaq ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində növbəti dünya çempionluğunu qazanıb.

Mənbə
oxu.az