İdman
Yamal final oyunundan sonra Messiyə nə dediyini açıqladı
İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan söhbətin təfərrüatını açıqlayıb. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, Yamal Messidən bağışlanmasını istədiyini deyib. "Leo mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə dedim: "Bağışla məni". O isə mənə belə cavab verdi: "Səni təbrik edirəm, sən buna daha çox layiq idin". Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm", - deyə Yamal finaldan sonra jurnalistlərə bildirib. Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Mənbə
oxu.az