İdman
Rudi Qarsiya Belçika millisinin baş məşqçisi postunu tərk etdi
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya vəzifəsindən ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası rəsmi məlumat yayıb. Fransalı çalışdırıcı milli komandanın sükanı arxasına 2025-ci ilin yanvar ayında keçmişdi. O bu vəzifədə 2023-cü ilin fevralından işləyən Domeniko Tedeskonu əvəzləmişdi. Qeyd edək ki, dünya çempionatında (DÇ-2026) Belçika yığması 1/4 finala qədər irəliləsə də, bu mərhələdə gələcək dünya çempionu İspaniya seçməsinə 1:2 hesabı ilə məğlub olmuşdu.
Mənbə
oxu.az