İdman

UEFA Konfrans Liqası: "Braqa" "Neftçi"nin potensial rəqibi oldu

20 Jul 2026, 16:19 19 baxış
UEFA Konfrans Liqası: "Braqa" "Neftçi"nin potensial rəqibi oldu
"Neftçi" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. Belə ki, "Neftçi" - "Dinamo Minsk" cütünün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, bu turun oyunları avqustun 6-da və 13-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər