İdman

"Qarabağ" "ÇSKA Sofiya"ya məğlub olsa, hansı klublarla qarşılaşa bilər?

20 Jul 2026, 16:33 28 baxış
"Qarabağ" "ÇSKA Sofiya"ya məğlub olsa, hansı klublarla qarşılaşa bilər?
"Qarabağ" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. "Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" səddini keçə bilməsə, Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" (Ukrayna) - PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq. Qeyd edək ki, bu turun oyunları avqustun 6-da və 13-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər