İdman
UEFA Avropa Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial RƏQİBLƏRİ BƏLLİ OLDU
"Qarabağ" klubunun UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. "Qarabağ" Bolqarıstanın "ÇSKA Sofiya" səddini keçsə, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, bu turun oyunları avqustun 6-da və 13-də keçiriləcək.
Mənbə
oxu.az