İdman
DÇ-2026: Qrup mərhələsinin ikinci turu başlayır
Futbol üzrə dünya çempionatında ikinci tura start verilir. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən gərgin və maraqlı qarşılaşmalar gözləyir. Günün maraqlı duellərindən biri A qrupunda mübarizə aparan Çexiya və CAR yığmaları arasında reallaşacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək. Eyni qrupda, həmçinin Meksika və Cənubi Koreya milliləri də güclərini sınayacaqlar. Bu mübarizəyə iyunun 19-da səhər saat 05:00-da start veriləcək. B qrupunda yer alan komandaların mübarizəsinə gəldikdə, iyunun 18-də saat 23:00-da İsveçrə və Bosniya və Herseqovina milliləri, iyunun 19-da saat 02:00-da isə Kanada və Qətər yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Dünya çempionatı II tur A qrupu 18 iyun 20:00. Çexiya - Cənubi Afrika 19 iyun 05:00. Meksika - Cənubi Koreya B qrupu 18 iyun 23:00. İsveçrə - Bosniya və Herseqovina 19 iyun 02:00. Kanada - Qətər Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə
oxu.az