İdman
DÇ-2026: Kolumbiya - Özbəkistan oyununda 4 qol
Futbol üzrə dünya çempionatının qrup mərhələsində Özbəkistan və Kolumbiya milli komandaları qarşılaşıblar. Oxu.Az xəbər verir ki, qarşılaşma Kolumbiya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, oyunun 40-cı dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Munoz fərqlənib. 60-cı dəqiqədə Fayzullayev bərabərlik qolunu vurub. Amma bu bərabərlik uzun çəkməyib. Qarşılaşmanın 65-ci dəqiqəsində Dias yenidən Kolumbiya millisini önə çıxarıb. Oyunun əsas vaxtına əlavə edilmiş 9-cu dəqiqədə Kampas hesab arasındakı fərqi daha da artırıb.
Mənbə
oxu.az