İdman

DÇ-2026: İngiltərə - Xorvatiya matçında qol yağışı - VİDEO

18 Jun 2026, 02:04 3 baxış
DÇ-2026: İngiltərə - Xorvatiya matçında qol yağışı - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) L qrupunda 1-ci turun ilk oyunu İngiltərə - Xorvatiya milliləri arasında keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin Arlinqton şəhərində baş tutmuş matçda ingilislər 4:2 hesabı ilə qalib gəliblər.
İngiltərənin heyətində Harri Keyn dubla imza atıb. Hücumçu görüşün 12-ci dəqiqəsində penaltidən və 42-ci dəqiqədə fərqlənib. Bununla da 32 yaşlı Harri Keyn dünya çempionatlarında penaltidən vurulmuş qolların sayına (5) görə rekordçu olub. İngiltərədən, həmçinin Cud Bellinqem 47-ci dəqiqədə və Markus Reşford 85-ci dəqiqədə fərqləniblər. Xorvatiyada isə Martin Baturina (36-cı dəqiqə) və Petar Musa (45+5-ci dəqiqə) qol müəllifləri olublar. Qeyd edək ki, bu gün gecə saat 03:00-da L qrupunda Qana və Panama yığmaları da qarşılaşacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər