İdman

Dünya çempionatları tarixində İLK: Vaxt uzatmağa görə künc zərbəsi təyin edildi

18 Jun 2026, 01:12 2 baxış
Dünya çempionatları tarixində İLK: Vaxt uzatmağa görə künc zərbəsi təyin edildi
Qətərdən olan baş hakim Əbdürrəhman Əl-Cassim futbol üzrə 2026-cı il dünya çempionatında vaxtın uzadılmasına görə ilk künc zərbəsini təyin edib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Portuqaliya və Konqo Demokratik Respublikası yığmalarının oyununda baş verib (1:1). İkinci hissənin əvvəlində konqolular topu qapıdan oyuna daxil etməyə başlayıblar, lakin müəyyən olunmuş beş saniyəlik limitə əməl edə bilməyiblər. Bu qayda dünya çempionatlarında ilk dəfə tətbiq olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər