İdman

Kriştianu Ronaldu antirekorda imza atdı

18 Jun 2026, 01:48 5 baxış
Kriştianu Ronaldu antirekorda imza atdı
İyunun 17-də Portuqaliya millisi DÇ-2026-nın qrup mərhələsinin ilk turunun oyununda Konqo Demokratik Respublikası yığması ilə heç-heçə edib (1:1). Portuqaliyalıların hücumçusu Kriştianu Ronaldu oyun ərzində topa cəmi 25 dəfə toxunub. Oxu.Az bu barədə "Opta" statistika xidmətinə istinadən xəbər verir. Qeyd edilir ki, bu, 41 yaşlı hücumçunun milli komanda ilə böyük turnirlərin bütün matçlarında 90 dəqiqə oynadığı qarşılaşmalarda ən pis göstəricisidir. Portuqaliya millisi iyunun 23-də milli Özbəkistanla, 28-də isə Kolumbiya ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər