İdman

"Neftçi" Orlean mərhələsinin çempionu oldu

18 Jun 2026, 01:05 2 baxış
"Neftçi" Orlean mərhələsinin çempionu oldu

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Orlean (Fransa) mərhələsinin ikinci oyun gününün görüşləri keçirilib.


Axar.az xəbər verir ki, bu mərhələdə Azərbaycanı təmsil edən "Neftçi" 1/4 final oyununda İspaniya millisinə 20:14, yarımfinalda Niderlandın "Amsterdam" klubuna 17:13 hesabları ilə qalib gələrək, finala vəsiqə qazanıb.


Finalda isə ev sahibi Fransa yığması ilə üz-üzə gələn təmsilçimiz gərgin mübarizənin yekununda 20:21 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.

Mənbə axar.az

Oxşar Xəbərlər