İdman
Ronaldu mundial tarixində yeni rekord müəyyənləşdirib
Kriştianu Ronaldu tarixdə Lionel Messidən sonra futbol üzrə altı dünya çempionatında iştirak edən ikinci futbolçu olub. xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb. 41 yaşlı portuqaliyalı ulduz, həmçinin dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu kimi də rekord müəyyənləşdirib. Xatırladaq ki, DÇ-2026-da altıncı dəfə iştirakı ilə bağlı xüsusi nişanla meydana çıxan ilk oyunçu Lionel Messi olub. Qeyd edək ki, Ronaldu ilk dəfə mundialda 2006-cı ildə, 21 yaşında çıxış edib. Ronaldu dünya çempionatlarında keçirdiyi ümumilikdə 23 oyunda 8 qol vurub. Onun dünya çempionatlarındakı ən yaxşı nəticəsi 2006-cı ildə yarımfinala yüksəlməsi olub.
Mənbə
oxu.az