İdman

Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi

18 Jun 2026, 00:43 2 baxış
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi

Kristiano Ronaldo tarixdə Lionel Messidən sonra futbol üzrə altı dünya çempionatında iştirak edən ikinci futbolçu olub.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz həmçinin dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu kimi də rekord müəyyənləşdirib.


Xatırladaq ki, DÇ-2026-da altıncı dəfə iştirakı ilə bağlı xüsusi nişanla meydana çıxan ilk oyunçu Lionel Messi olub.


Qeyd edək ki, Ronaldo ilk dəfə mundialda 2006-cı ildə, 21 yaşında çıxış edib. Ronaldo dünya çempionatlarında keçirdiyi ümumilikdə 23 oyunda 8 qol vurub. Onun dünya çempionatlarındakı ən yaxşı nəticəsi 2006-cı ildə yarımfinala yüksəlməsi olub.

Mənbə axar.az

Oxşar Xəbərlər