İdman

Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü

17 Jun 2026, 23:24 2 baxış
Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü
Fransa millisinin Seneqal yığması ilə oyundakı start heyəti dünya çempionatları tarixində ən bahalı heyət olub. Oxu.Az bu barədə "Transfermarkt" portalına istinadən xəbər verir. İyunun 16-da Fransa DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Seneqalı məğlub edib (3:1). Fransa millisinin Seneqalla oyundakı start heyətinin ümumi bazar dəyəri 908 milyon avro olaraq qiymətləndirilir. Bu, dünya çempionatları tarixində rekord göstəricidir. Dünya çempionatlarında ən bahalı start heyətləri reytinqində ikinci yer də fransızlara məxsusdur. Söhbət 2018-ci ildə Rusiyada keçirilən turnirin qrup mərhələsində Avstraliya ilə oyuna ilk dəqiqələrdən başlayan komandadan gedir. Həmin Fransa millisinin heyəti 710 milyon avro dəyərində qiymətləndirilirdi. Üçüncü yerdə isə DÇ-2018-də İsveçrə ilə oyunda Braziliya millisi (650 milyon) qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər