İdman

"Brest"in baş məşqçisi vəfat edib

17 Jun 2026, 23:48 2 baxış
"Brest"in baş məşqçisi vəfat edib
Fransanın "Brest" futbol klubunun baş məşqçisi Erik Rua vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "Çempionat" yazıb. Mütəxəssisin yaxınlarının bildirdiyinə görə, o, son üç ildə mədəaltı vəzi xərçəngi ilə mübarizə aparıb. E.Rua 2023-cü ilin yanvarından "Brest"ə rəhbərlik edirdi və 2023/2024 mövsümünün nəticələrinə əsasən klubu tarixində ilk dəfə Çempionlar Liqasına çıxarıb. Futbolçu kimi isə o, "Nitsa", "Lion", "Marsel", "Trua", "Sanderlend" və "Rayo Valyekano" klublarında çıxış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər