İdman

"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibi bu gün bəlli olacaq

17 Jun 2026, 10:28 11 baxış
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibi bu gün bəlli olacaq
Azərbaycanın "Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqibinin adına bu gün aydınlıq gələcək. Oxu.Az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərindəki UEFA mənzil-qərargahında təşkil olunacaq. Qeyd edək ki, bu raundda Azərbaycan təmsilçisi səpələnməmişlər səbətində qərarlaşacaq və onun mümkün rəqibi aşağıdakılardır: "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Slovan" (Slovakiya), "Lex" (Poznan, Polşa), "Çelye" (Sloveniya), "Omoniya" (Kipr), "Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi, "Hapoel" (Beer-Şeva, İsrail), "Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi, "Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi, "Borats" (Bosniya və Herseqovina) - "Levski" (Bolqarıstan) cütünün qalibi. Qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk qarşılaşmalar iyulun 17-də, həlledici cavab matçları isə iyulun 21-i və 22-də oynanılacaq. Xatırladaq ki, "Sabah" turnirin I təsnifat mərhələsində Uelsin TNS klubu ilə gücünü sınayacaq. Həmin mərhələnin gərgin keçəcəyi gözlənilən oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər