İdman
"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibləri bu gün bəlli olur
Bu gün "Neftçi"nin UEFA Konfrans Liqasında qarşılaşacağı potensial rəqiblərinin adına aydınlıq gələcək. Oxu.Az xəbər verir ki, diqqətlər İsveçrənin Nyon şəhərinə, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq rəsmi püşkatma mərasiminə yönəlib. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək tədbirdə "ağ-qaralar"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri rəsmən müəyyənləşəcək. Xatırladaq ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk qarşılaşmalar iyulun 21-22-də, mərhələnin taleyini həll edəcək cavab görüşləri isə iyulun 28-29-da baş tutacaq.
Mənbə
oxu.az