İdman

Dünya çempionatında gərginlik artır: Portuqaliya və İngiltərə yaşıl meydana çıxırlar

17 Jun 2026, 09:00 13 baxış
Dünya çempionatında gərginlik artır: Portuqaliya və İngiltərə yaşıl meydana çıxırlar
Futbol üzrə dünya çempionatının həyəcan dolu matçları bütün sürəti ilə davam edir. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir. Günün maraqlı duellərindən biri K qrupunda mübarizə aparan Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları arasında reallaşacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səsləndiriləcək. Eyni qrupda, həmçinin Özbəkistan və Kolumbiya milliləri də öz güclərini nümayiş etdirəcəklər. Bu mübarizəyə iyunun 18-i səhər saat 06:00-da start veriləcək. L qrupunda yer alan komandalara gəldikdə isə iyunun 18-i saat 00:00-da İngiltərə və Xorvatiya milliləri, saat 03:00-da isə Qana və Panama yığmaları yaşıl meydanda üz-üzə gələcəklər. Dünya çempionatı I tur 17 iyun K qrupu 21:00. Portuqaliya - Konqo Demokratik Respublikası 18 iyun 06:00. Özbəkistan - Kolumbiya L qrupu 00:00. İngiltərə - Xorvatiya 03:00. Qana - Panama Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər