İdman
DÇ-2026: Messi het-trik etdi, Argentina qələbə qazandı - VİDEO
Futbol üzrə dünya çempionatının qrup mərhələsində Argentina - Əlcəzair milli komandaları qarşılaşıblar. Oxu.Az xəbər verir ki, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina 3:0 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada hər üç qolun müəllifi Lionel Messi olub. O, 17, 60 və 76-cı dəqiqələrdə fərqlənib.
Mənbə
oxu.az