İdman

Almaniyalı futbolçular məşq düşərgələrinin yaxınlığında zəhərli ilanla rastlaşıblar

17 Jun 2026, 06:00 13 baxış
Almaniyalı futbolçular məşq düşərgələrinin yaxınlığında zəhərli ilanla rastlaşıblar
Almaniya yığmasının yarımmüdafiəçisi Yoşua Kimmix 2026-cı il dünya çempionatı zamanı komanda yoldaşları ilə birlikdə məşq düşərgələrinin yaxınlığında (Uinston-Seylem, Şimali Karolina, ABŞ) zəhərli ilan gördüklərini bildirib. Oxu.Az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir. "Dünən bir ilan gördük və bizə onun zəhərli olduğunu dedilər. Dişlədiyi təqdirdə dərhal xəstəxanaya getmək lazımdır. Məndə belə bir hiss var ki, əgər o ilanlardan birinin üstünə ayaq bassan, bu, çox pis nəticələnə bilər. Ona görə də biz yerli heyvanlardan uzaq durmağa çalışırıq. Onlara qarşı daxili bir hörmətim var. Mənə elə gəlir ki, Almaniyada bu qədər təhlükəli heyvan yoxdur", - deyə "Bavariya"nın müdafiəçisi vurğulayıb. Xatırladaq ki, Almaniya yığması 2026-cı il dünya çempionatındakı ilk oyununda iyunun 14-də Kürasaonu 7:1 hesabı ilə darmadağın edib. Almanlar qrup mərhələsinin ikinci turunda iyunun 20-də Kot-d'İvuarla, üçüncü turda isə iyunun 25-də Ekvadorla üz-üzə gələcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər