İdman

DÇ-2026: Fransa - Seneqal matçında dörd qol vuruldu - VİDEO

17 Jun 2026, 01:06 2 baxış
DÇ-2026: Fransa - Seneqal matçında dörd qol vuruldu - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) I qrupunda 1-ci turun ilk oyunu keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin İst-Raterford şəhərində baş tutmuş matçda Fransa və Seneqal milliləri qarşılaşıblar. Görüş Avropa təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
Qarşılaşmanın 66 və 82-ci dəqiqələrində Fransadan qolları müvafiq olaraq Kilian Mbappe və Bredli Barkolya vurublar. Mbappe 90+6-cı dəqiqədə rəqib qapısından daha bir top keçirərək dubla imza atıb. Seneqalın təsəlli qolunun müəllifi isə 90+5-ci dəqiqədə fərqlənmiş İbrahim Mbaye olub. Qeyd edək ki, bu gün saat 02:00-da I qrupunda İraq və Norveç yığmaları da qarşılaşacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər