İdman
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir
“Qarabağ” yaxın günlərdə növbəti transferini açıqlaya bilər. Söhbət Bruno Lanqadan gedir.
Axar.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Həmkarımızın sözlərinə inansaq, “Qarabağ” futbolçunun klubu “Almeriya” ilə anlaşıb.
Mozambik millisinin üzvü Lanqanın 1 milyon avro dəyəri var.
Mənbə
axar.az