İdman

Ruben Amorim "Milan"ın baş məşqçisi oldu

16 Jun 2026, 23:08 1 baxış
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu

Ruben Amorim İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi təyin edilib.


Axar.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.


41 yaşlı portuqaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. "Skay Sport İtaliya"nın məlumatına görə, razılaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.


Xatırladaq ki, mayın 25-də klub komandanın qənaətbəxş olmayan nəticələri ilə bağlı Massimiliano Alleqrinin baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər