İdman

"Milan"a yeni baş məşqçi təyin edildi

16 Jun 2026, 21:12 1 baxış
"Milan"a yeni baş məşqçi təyin edildi
Ruben Amorim "Milan"ın baş məşqçisi təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Biz Rubeni uzun illərdir izləyirdik. Onun "Sportinq"dəki fəaliyyəti bizdə böyük təəssürat yaradıb və axtardığımız oyun üslubunu tam əks etdirir. O, yeni Avropa nəslinin ən hazırlıqlı və yenilikçi məşqçilərindən biridir. Gənc, iddialı, topa sahib olmağa üstünlük verən, müasir pressinq sistemi və aydın taktiki yanaşması ilə seçilən futbol fəlsəfəsinə malikdir", - deyə "Milan"ın sahibi olan "RedBird Capital Partners" şirkətinin rəhbəri Cerri Kardinale bildirib. Bundan əvvəl KİV-də yayılan məlumatlarda Ruben Amorimin "rossonerilər"lə daha bir il uzadılma imkanı nəzərdə tutulan iki illik müqavilə imzaladığı bildirilirdi. Məlumata əsasən, mütəxəssis bonuslar istisna olmaqla mövsüm ərzində xalis 3.5 milyon avro əməkhaqqı alacaq. Müqavilədə, həmçinin titul qazanılması və UEFA Çempionlar Liqasına vəsiqə əldə olunması halında əlavə mükafatlar da nəzərdə tutulub. 41 yaşlı Ruben Amorim bu vəzifədə Massimiliano Alleqrini əvəz edib. Xatırladaq ki, "Milan" ötən mövsüm İtaliya A Seriyasını 5-ci pillədə başa vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər