İdman

"Qarabağ" növbəti transferini açıqladı - VİDEO

16 Jun 2026, 20:12 10 baxış
"Qarabağ" növbəti transferini açıqladı - VİDEO
"Qarabağ" futbol klubu növbəti transferini gerçəkləşdirib. Oxu.Az kluba istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.
24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komanda 28 nömrəli formanı geyinəcək. 2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib. Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər