İdman
Arda Güler "Real Madrid"in tarixinə düşdü
"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler "kral klubu"nun Çempionlar Liqasındakı ən sürətli qolunun müəllifi olub. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu, Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə cavab görüşündə baş verib. Güler görüşün 35-ci saniyəsində münhenlilərin qapıçısı Manuel Noyerin səhvindən sonra fərqlənib. Güler Madrid klubunun keçmiş futbolçusu Qaret Beylin nailiyyətini üstələyib. Beyl 2016-cı ilin noyabrında "Legiya"nın qapısına 57-ci saniyədə "Real Madrid"in turnirdə ən tez qolunu vurmuşdu.
Mənbə
oxu.az