İdman

Ekvadorda futbol hakimi oyun zamanı güllələndi

15 Apr 2026, 22:12 1 baxış
Ekvadorda futbol hakimi oyun zamanı güllələndi
Futbol hakimi Xavyer Orteqa Ekvadorda həvəskar komandaların matçı zamanı güllələnib. Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir. Mənbələrin məlumatına görə, bir neçə silahlı şəxs oyun zamanı hakimə yaxınlaşaraq atəş açıb. Hücumdan sonra cinayətkarlar hadisə yerindən qaçıblar. 48 yaşlı Orteqa meydanda ölüb. Matç dərhal dayandırılıb, oyunçular və azarkeşlər ərazini tərk ediblər. Qeyd olunur ki, yarışın təşkilatçıları baş vermiş hadisənin bütün halları aydınlaşana qədər matçların keçirilməsini dayandırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər