İdman
Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib. Kişilər 60 kq, 1/8 final Balabəy Ağayev - Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə Əhməd Yusifov - Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə 66 kq, 1/16 final Turan Bayramov - Nikolas Kuntse (Almaniya) 73 kq, 1/16 final Hidayət Heydərov - Konstantinos Tsaparas (Yunanıstan) 81 kq, 1/16 final Zelim Tçkayev - Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə Ömər Rəcəbli - Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə 90 kq, 1/16 final Murad Fətiyev - Aleks Çeret (Rumıniya) 100 kq, 1/16 final Zelim Kotsoyev - Nikola Pavlovski (Şimali Makedoniya) +100 kq, 1/8 final Kənan Nəsibov - Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə Qadınlar 48 kq, 1/16 final Könül Əliyeva - Amber Gersyes (Niderland) Şəfəq Həmidova - Erza Muminoviç (Kosova) 52 kq, 1/16 final Leyla Əliyeva - Nikolina Nişaviç (Serbiya) Gültac Məmmədəliyeva - Karla Tavares Fernandeş (Lüksemburq) 70 kq, 1/32 final Südabə Ağayeva - Maya Goşen (İsrail) +78 kq, 1/16 final Madina Kaisinova - Elis Startseva (Rusiya) Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək. Aprelin 16-19-da keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az