İdman
Mauro İkardi "Qalatasaray"la yollarını ayırır: Ulduz futbolçunun yeni ünvanı bəlli oldu
"Qalatasaray" argentinalı hücumçu Mauro İkardi ilə müqaviləni yeniləməmək qərarına gəlib. Oxu.Az xəbər verir ki, iyunun 30-da "sarı-qırmızılar"la müqaviləsi başa çatacaq ulduz futbolçu barədə vətənindən olduqca diqqətçəkən bir transfer iddiası irəli sürülüb. İddialara görə, Argentina nəhəngi "River Pleyt" mövsümün sonunda sərbəst agent statusu alacaq İkardini öz heyətinə qatmaq istəyir. Məlumata görə, Mauro İkardinin özünün də karyerasını yenidən Argentinada davam etdirməyə müsbət yanaşdığı bildirilir.
Mənbə
oxu.az