İdman

"Real Madrid"in əfsanəvi futbolçusu ÖLDÜ - FOTO

15 Apr 2026, 15:00 1 baxış
"Real Madrid"in əfsanəvi futbolçusu ÖLDÜ - FOTO
"Real Madrid" klubunun heyətində dörd dəfə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası - red.) qalibi olmuş əfsanəvi futbolçu Xose Santamariya 96 yaşında dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, keçmiş müdafiəçinin ölüm səbəbi barədə məlumat verilməyib. "Real Madrid"in prezidenti Florentino Peres vurğulayıb ki, Santamariya hər zaman komandanın ən böyük simvollarından biri kimi yaddaşlarda yaşayacaq. "Alfredo Di Stefano, Ferents Puşkaş, Pako Xento və Raymon Kopa ilə birlikdə bu komanda "Real Madrid" əfsanəsinin təməlini qoymağa başladı. Santamariya hər zaman klubumuzun dəyərlərini təcəssüm etdirirdi və son anadək "Real Madrid" onun həyatının ən böyük ehtirası olaraq qaldı", - deyə F.Peres bildirib. Qeyd edək ki, 1929-cu ildə Uruqvayda anadan olan Santamariya peşəkar karyerasına yerli "Nasyonal" klubunda başlayıb. O, 1947-1957-ci illərdə bu komandanın formasını geyinərək dörd dəfə ölkə çempionu adını qazanıb. Santamariya 1957-ci ildə isə Madridin "Real" klubuna transfer olunub. İspaniya nəhənginin heyətində 1966-cı ilə qədər çıxış edən müdafiəçi bu müddət ərzində dörd dəfə - 1958, 1959, 1960 və 1966-cı illərdə Avropa Çempionlar Kubokunu başı üzərinə qaldırıb. Beynəlxalq arenadakı möhtəşəm uğurları ilə yanaşı, Santamariya madridlilərlə birlikdə altı dəfə İspaniya çempionu olub və bir dəfə ölkə kubokuna sahib çıxıb. Milli komandalar səviyyəsində isə ulduz futbolçu həm Uruqvay, həm də İspaniya yığmalarının şərəfini qoruyub.
"Real Madrid"in əfsanəvi futbolçusu ÖLDÜ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər