İdman
"Liverpul"un ulduzu Uqo Ekitike dünya çempionatını buraxa bilər
"Liverpul" klubunun və Fransa yığmasının aparıcı simalarından olan Uqo Ekitike bu yay keçiriləcək dünya çempionatı ilə vidalaşmaq təhlükəsi ilə üz-üzə qalıb. Oxu.Az xəbər verir ki, gənc istedad dünən Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən qarşılaşmada zədələnib. "Liverpul"un baş məşqçisi Arne Slot oyundan sonra açıqlamasında vəziyyətin kifayət qədər qəliz olduğunu vurğulayaraq, fransalı hücumçunun nüfuzlu mundialda iştirakının sual altında qaldığını qeyd edib. Hazırda ulduz futbolçunun səhhəti ilə bağlı yekun diaqnoz bəlli deyil. Lakin tibbi müayinələr zamanı axilles vətərində qopuq və ya yırtıq təsdiqlənərsə, hücumçu ən azı 9 ay ərzində yaşıl meydanlara həsrət qalacaq. Xatırladaq ki, cari mövsüm "Ayntraxt Frankfurt"dan "Liverpul"un sıralarına qoşulan Ekitike indiyədək 45 qarşılaşmada forma geyinərək rəqib qapılarından 17 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az