İdman

Çempionlar Liqasında son yarımfinalçılar MƏLUM OLUR: "Bavariya" "Real Madrid"ə, "Arsenal" "Sportinq"ə QARŞI

15 Apr 2026, 08:00 1 baxış
Çempionlar Liqasında son yarımfinalçılar MƏLUM OLUR: "Bavariya" "Real Madrid"ə, "Arsenal" "Sportinq"ə QARŞI
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin mərkəzi qarşılaşması "Real Madrid" və "Bavariya" komandaları arasında olacaq. Digər görüşdə isə "Arsenal" evdə "Sportinq"i qəbul edəcək. Hər iki oyun saat 23:00-da start götürür. UEFA Çempionlar Liqası 1/4 final mərhələsi 15 aprel "Bavariya" - "Real Madrid" (ilk oyun 2:1); "Arsenal" - "Sportinq" (ilk oyun 1:0). Xatırladaq ki, ötən gün keçirilən oyunlardan sonra "Atletiko Madrid" və PSJ adlarını yarımfinala yazdırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər