İdman
UEFA klub turnirlərinin sponsorluğundan bir milyard avrodan çox gəlir əldə etməyi planlaşdırır
UEFA gələn mövsümdən etibarən klub turnirlərinin (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) sponsorluğundan bir milyard avrodan çox gəlir əldə etməyi planlaşdırır. Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir. Sponsorluq pullarının artması və televiziya hüquqları üzrə gəlir proqnozu (illik beş milyard avro) sayəsində UEFA-nın ümumi illik gəliri altı milyard avronu keçəcək (hazırda bu rəqəm 4.4 milyard avrodur) . Bu, həm də ən böyük klubların mənfəətinin artmasına səbəb olacaq. Hal-hazırda mükafat fondunun 74%-ni və turnir gəlirlərinin 56%-ni Çempionlar Liqası komandaları, 17%-ni Avropa Liqası, 9%-ni isə Konfrans Liqası alır.
Mənbə
oxu.az