İdman

UEFA Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşdi - VİDEO

15 Apr 2026, 01:08 1 baxış
UEFA Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşdi - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. Oxu.Az xəbər verir ki, bu gecə iki oyun baş tutub. Gecənin maraqlı qarşılaşmalarında "Atletiko Madrid" "Barselona" ilə, "Liverpul" isə PSJ ilə üz-üzə gəlib. İlk oyunda səfərdə "Barselona"nı üstələyən (0:2) Madrid təmsilçisi evdə rəqibinə 1:2 hesabı ilə uduzsa da, iki matçın nəticəsinə (3:2) əsasən yarımfinala yüksəlib.
"Atletiko Madrid" "Arsenal" - "Sportinq" cütünün qalibi ilə üz-üzə gələcək. Turnirin ötənilki qalibi PSJ "Liverpul" səfərindən qələbə ilə qayıdır - 0:2. İlk görüşdə də rəqibinə eyni hesabla qalib gələn Fransa təmsilçisi adını 1/2 final mərhələsinə yazdırıb.
PSJ "Bavariya" - "Real Madrid" cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər