İdman

Azərbaycan cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

15 Apr 2026, 01:24 1 baxış
Azərbaycan cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub. Oxu.Az xəbər verir ki, mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq. İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib. Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər. Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq. Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq. Heyəti təqdim edirik: Kişilər -60 kq Balabəy Ağayev Əhməd Yusifov -66 kq Turan Bayramov -73 kq Hidayət Heydərov -81 kq Zelim Tçkayev Ömər Rəcəbli -90 kq Murad Fətiyev -100 kq Zelim Kotsoyev +100 kq Kənan Nəsibov Qadınlar -48 kq Könül Əliyeva Şəfəq Həmidova -52 kq Leyla Əliyeva Gültac Məmmədəliyeva -70 kq Südabə Ağayeva +78 kq Madina Kaisinova.
Mənbə oxu.az

Oxşar Xəbərlər