İdman

Yamal Mbappenin rekordunu qırdı

15 Apr 2026, 01:42 1 baxış
Yamal Mbappenin rekordunu qırdı
"Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 19 yaşına qədər vurulan qolların sayına görə "Monako" və PSJ-nin keçmiş forvardı Kilian Mbappenin rekordunu qırıb. Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir. Yamalın Çempionlar Liqasında 1/4 finalın cavab görüşündə "Atletiko Madrid"ə vurduğu qol onun bu turnirdəki 11-ci qolu olub. Mbappedə isə bu göstərici 10 qoldur. Ümumilikdə, Çempionlar Liqasının cari mövsümündə Yamal 10 oyunda altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər