İdman
Avstraliyalı sprinter Useyn Boltun dünya rekordunu yenilədi
Avstraliyalı sprinter Qout Qout 20 yaşadək idmançılar arasında 200 metr məsafəyə qaçışda daha əvvəl yamaykalı səkkizqat Olimpiya çempionu Useyn Bolta məxsus dünya rekordunu yeniləyib. Oxu.Az bu barədə "Matç TV"yə istinadən xəbər verir. Sidneydə keçirilən yarışda 18 yaşlı idmançı məsafəni 19.67 saniyəyə qət edib. O, Boltun 2004-cü ildə göstərdiyi nəticəni 0.26 saniyə üstələyib. Qeyd edək ki, böyüklər arasında 200 metr məsafəyə qaçışda Useyn Boltun 2009-cu ildə vurduğu dünya rekordu 19.19 saniyə təşkil edir.
Mənbə
oxu.az